Türkiyənin nazirlər kabineti Azərbaycanla "Sağlamlıq və tibbi biliklər sahəsində əməkdaşlığa dair" razılaşmanı ratifikasiya etmişdir. Bu barədə Türkiyənin Resmi Gazete saytında məlumat verilir.
Cari ilin 26 aprel tarixində Bakıda imzalanmış razılıq çərçivəsində tərəflər orqan köçürməsi sahəsində təcrübələrini mübadilə etməyə cə tibb sahəsində birgə layihələri inkişaf etdirməyə dair üzərlərinə öhdəlik götürmüşlər.
Türkiyə və Azərbaycan öz tibb sistemlərinin optimallaşdırılmasına dair razılığa gəlmiş və həmçinin göndərən tərəfin müəyyən etdiyi 20 xəstəni hər il pulsuz müalicə etmək barədə də razılığa gəlmişlər.
Türkiyə Azərbaycan vətəndaşlarını pulsuz müalicə edəcəkdir
16:47
14 Okt 2016