Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası işinin təşkili məqsədi ilə Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şura yaradılıb. Fed.az bildirir ki, APA-nın xəbərinə görə, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.
Əmrə əsasən Şuranın tərkibi təsdiq edilib.
Şuraya Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalar əsas götürülərək insan orqan və toxumalarının transplantasiyası işinin əlaqələndirilməsi, spesifik müayinələrin aparılması, transplantasiya əməliyyatlarının növbəlilik prinsipi əsasında həyata keçirilməsi işinin təşkilinin təmin edilməsi tapşırılıb.
Şura transplantologiya işinin təkmilləşdirilməsi sahəsinə, habelə donor bankının yaradılması üzrə təklifləri Səhiyyə Nazirliyinə təqdim edəcək.