Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ABŞ-ın maliyyələşdirməsinin kəsilməsi səbəbindən növbəti iki il ərzində işçilərinin maaşlarının 25%-ni ödəmək üçün vəsaiti çatışmır.
FED.az xəbər verir ki, bu barədə ÜST-nin baş direktorunun inzibati və maliyyə dəstəyi üzrə köməkçisi Raul Tomas təşkilatın mənzil-qərargahında keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bir sıra səbəblərə görə təşkilatın ixtisar etməli olacağı işçilərin dəqiq sayını proqnozlaşdırmaq çox çətindir.
Yanvarın 21-də prezident Donald Tramp digər ölkələrlə müqayisədə qeyri-mütənasib şəkildə yüksək töhfələr verdiyini əsas gətirərək Birləşmiş Ştatların ÜST-dən çıxarılması barədə sərəncam imzalayıb.
Fevralın 3-də Vaşinqton beynəlxalq təşkilatların maliyyələşdirilməsinə xeyli miqdarda vəsait ayıran Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini faktiki olaraq dayandırıb. (Report)