ABŞ prezidenti Donald Trampın koronavirusa yoluxması və dərmanlardan istifadə etməsi dərman istehsalçılarının iqtisadi vəziyətinə müsbət təsir edib.
Prezidentin istifadə etdiyi dərmanı istehsal edən «Regeneron» şirkətinin səhmləri 15 həftədəki ən güclü yüksəlişə imza atdı.
«Regeneron Pharmaceuticals Inc»in səhmləri yüzdə 7,3% bahalaşıb. Bu 19 iyun tarixindəki yüksəlişdən bəri ən yüksək artımdır. Səhmlərin ticarət həcmi isə 14 dəfə yüksəlib.
Səhmlərin qiyməti isə 564,80 dollardan 605,75 dollara yüksəldi və 2 sentyabr bağlanışından bəri ən yüksək səviyyəyə çatdı.
«Russell 3000» İndeksinin Biyoteknoloji Alt Sektoru 2,5%, «Russell 3000» özü isə 0,9% yüksəlib.
SVB Leerink-dən olan analitikin dediyinə görə, ABŞ prezidenti Donald Trampda koronavirus tapıldıqdan sonra ona «Regeneron» kokteyli verilir və prezident bir neçə günə sağalacaq.
Ona qədər isə Trampın istifadə etdiyi dərmanla bağlı xəbərlər və icmallar ümumiyyətlə əczaçılıq sənayesinə və xüsusilə də Regeneron səhmlərinə güclü alış-veriş gətirib.