ABŞ hakimiyyəti ölkədə yeni koronavirusun yayılmasının iyul-avqust aylarında bitəcəyini gözləyir.
FED.az xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Eləcə də bax: ABŞ-ın 50 ştatından 46-da virus tapılıb – 47 NƏFƏR ÖLƏN VAR
“İnsanlar koronavirusun iyul, avqust ayına qədər bitəcəyi barədə danışırlar. Lakin bu daha uzun müddət davam edə bilər. Bu müddət, səlahiyyətli şəxslərin müvafiq işlərin öhdəsindən necə gələcəyindən və ölüm nisbətini azaltmağından asılı olacaq”.
Tramp, eyni zamanda, yeni koronavirusun ABŞ iqtisadiyyatına mənfi təsir edəcəyini də etiraf edib.
Report