Qaraciyər və böyrək transplantasiyasını, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasını tələb edən tibbi xidmətlərin göstərilməsi şərtləri açıqlanıb.
İcbari Tibbi sığortaya aid xidmətlər artırıldı - 800-Ə YAXIN YENİ XIDMƏT – TAM SİYAHI
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.
Qərara əsasən, Zərfə yeni 9-1 bəndi əlavə edilib.
Qaydalalara görə, bu təminat qaraciyər, böyrək, sümük iliyi və hematopoetik kök hüceyrələrin transplantasiyasına tibbi göstərişi olan, müalicə protokolları və kliniki tövsiyələr əsasında diaqnozu təsdiqlənmiş sığortaolunanlara (resipiyentlərə) şamil ediləcək.
Amma İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək belə əməlıiyyatların sayına limit də müəyyən edilib.
Belə ki, qaydaya əsasən, təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən qaraciyər transplantasiyasının say həddi 100, böyrək transplantasiyasının say həddi 150, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20 müəyyən edilir. Yəni il ərzində tibbi sığorta hesabına qaraciyər transplantasiyası üzrə 100 əməliyyat, böyrək transplantasiyası üzrə 150 əməliyyat, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyası üzrə isə 20 əməliyyat aparılacaq.
Transplantasiya xidmətlərinin göstərilməsi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun tələblərinə uyğun həyata keçiriləcək.
“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə - NK Qərarı - TAM SİYAHI