İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev rəhbərlik etdiyi qurumun hansı özəl səhiyyə müəssisələri ilə əməkdaşlıq etdiyini açıqlayıb.
FED.az xəbər verir ki, o qeyd edib ki, hazırda vətəndaşları Mərkəzi Klinika, Mərkəzi Gömrük Hospitalı, Müalicəvi Diaqnostika Mərkəzinə yönləndirirlər: “Gələcəkdə yeni özəl müəssisələrlə də müqavilələr bağlayacağıq. Hazırda isə Gəncə və Bakı şəhərində özəl klinikalarla müqavilələrimiz mövcuddur”. (Qafqazinfo)