Tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulacaq dövlət rüsumunun məbləğləri müəyyənləşib.
FED.az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” dəyişiklik edilir.
Eləcə də bax: İki min və dörd min manat rüsum tutulacaq - QANUNA DƏYİŞİKLİK
Dəyişikliklə dövlət rüsumu tutulmalı olan hərəkətlər və dövlət rüsumunun məbləği aşağıdakılardır:
- ambulator xidmət göstərən tibb müəssisələri - 2 000 manat
- stasionar xidmət göstərən tibb müəssisələri - 4 000 manat.
Eyni zamanda qanun layihəsində tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri də göstərilir.
Belə ki, ambulator xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödəniləcək.
Stasionar xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizinin, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizinin, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizinin, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizinin ödənilməsi nəzərdə tutulur.
Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. (Report)