Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin nizamnaməsi təsdiqlənib.
Azərbaycana 5 ədəd tam elektrikli təcili yardım avtomobili gətiriləcək
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nizamnaməyə əsasən, “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxs olaraq tibb müəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görülməsi, habelə tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı ilə bağlı dəstək xidmətlərinin göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Mərkəz Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Mərkəzin idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyəti Mərkəzə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti beş üzv – Azərbaycan Respublikasının səhiyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən, onun dörd müavinindən ibarətdir.
Müəyyən edilib ki, Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi publik hüquqi şəxsin nizamnamə fondu 100 000 (bir yüz min) manat təşkil edir və Mərkəzin əsas vəsaiti hesabına formalaşır.