Bilirsiniz ki, bu gün dünyada xəstələrin və ümumilikdə bütün məlumatların təhlükəsizliyi ciddi tələb edilir. Xəstə məlumatlarının qorunması, onların kənara sızmaması, məlumatların təhlükəsizliyi ciddi tələblərdən biridir. Burada vacib olan odur ki, prosesin düzgün idarə edilməsi, xəstəyə təyin olunmuş müalicələrin düzgün həyata keçirilməsi ilə xəstəyə daha keyfiyyətli tibbi xidmətin təşkil olunmasına, xəstənin həm qidalanması, həm də dərman təminatının ən üst səviyyədə təşkil olunmasına, eləcə də xəstə məlumatının kənara sızmasının qarşısının alınmasına nail olunur. Bu, həm xəstələr, həm də tibbi personalın tam təhlükəsiz şəkildə fəaliyyət göstərməsi üçün bir sertifikatın əldə olunmasıdır”.
Səhiyyə sahəsində rəqəmsallaşma, tibdə innovativ texnologiyaların tətbiqi prosesinin sürətlə genişlənməsi, eləcə də TƏBİB tərəfindən bu istiqamətdə həyata keçirilən layihə və tədbirlər barədə məlumat verən V. Qurbanov bildirib ki, artıq TƏBİB tabeliyindəki xəstəxanalarda pasiyentlərin qeydiyyatı elektron formada aparılır.
Yeni Klinikanın HIMSS VI səviyyə sertifikatı almasını böyük nailiyyət adlandıran İcraçı direktor qeyd edib ki, bu sistem xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılmasına böyük töhfə verəcək.
Qeyd edək ki, Rusiya və Şərqi Avropada HIMSS attestasiyasından keçən cəmi iki klinika mövcuddur.