Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” və “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.
Eləcə də bax: Nağd ödənişlərlə bağlı qadağalar genişləndirildi - PREZİDENTDƏN FƏRMAN
FED.az xəbər verir ki, dəyişikliyə əsasən, “Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçiriləcək. Bu dəyişiklik özəl tibb müəssisələrinə də aid ediləcək.