Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.
İndi də dünyada saxta vaksinlərin - SATIŞI BAŞLAYIB
FED.az xəbər verir ki, Baş nazir bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti martın 31-dək uzadılıb. Əvvəl bu müddət yanvarın 1-dək müəyyən edilmişdi.