“Hazırda Səhiyyə Nazirliyi tərəfindən COVID-19 əleyhinə dördüncü doza peyvəndin vurulması tövsiyə edilməyib”.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bəzi ölkələr artıq koronavirus əleyhinə dördüncü dozanın vurdurulması qərarı verib: “Lakin Azərbaycanda bu gün üçün belə bir qərar yoxdur. İnsanlar öz istəyi ilə bu dozanı qəbul edə bilərlər. Hazırda 5-ci və 6-cı dozaların vurulmasının mənası barədə elmi araşdırmalar yoxdur. Bu baxımdan bir qədər səbirli olmaq lazımdır. Pandemiyanın gedişatı daim izlənilir. Nazirliyin tərkibindəki Elmi-Tibbi Şurada mütəxəssislər var. Onların iştirakı ilə mütəmadi iclaslar keçirilir, qabaqcıl ölkələrin təcrübəsi təhlil edilir və onlara əsasən ölkədə istənilən vaksinasiya rejimi tətbiq edilir”.