“Bəzən vətəndaşlar sual edirlər ki, yoluxmanın sayının azalması test sayının az olması ilə bağlıdırmı? Bununla bağlı demək istəyirəm ki, bu hal yoluxmanın əmsalına görə dəyişir”.
FED.az-n verdiyi xəbərə görə, bunu TƏBİB-in department müdiri Yaqut Qarayeva deyib.
“Dekabrın 14-də aparılan testlərin içində yoluxanların sayı 31 faiz idi, bu gün isə bu rəqəm karantin rejimi sayəsində 5 faizə enib. Mən vətəndaşlara təşəkkür edirəm ki, maskadan istifadəyə və əl gigiyenasına əməl edirlər”.