Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 392 ictimai iaşə obyektində 682 monitorinq keçirib.
AQTA-dan FED.az-a verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küç., ev 37 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Samir Sərhəddin oğluna məxsus “Manqal Dönər” kafesi;
2. Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 49, m.16 ünvanında yerləşən, hüquqi şəxs "Group TN" MMC-yə məxsus “Təndir-Məndir” restoranı;
3. Gəncə şəhəri, 4 mikrorayon, ev 23a, mənzil 18 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elvin Mehmandar oğluna məxsus restoran;
4. Gəncə şəhəri, yeni Gəncə qəsəbəsində yerləşən, fiziki şəxs Rzayev İlqar Əmir oğluna məxsus restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.