Tarif (qiymət) Şurasının 13 yanvar 2022-ci il tarixində keçirilən növbəti iclasında aidiyyəti qurumların müraciətlərinə baxılmış və müvafiq qərarlar qəbul edilib.
Eləcə də bax: Tarif Şurası daha 168 dərmanın qiyməti ilə bağlı - QƏRAR VERİB
FED.az biznes və maliyyə xəbərləri portalı APA-ya istinadən xəbər verir ki, dövlət Tarif (qiymət) Şurasına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi müraciətində təhlükəli tibbi tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidməti üzrə son tarif tənzimlənməsinin 1 avqust 2014-cü ildə həyata keçirildiyi, mövcud tarifin xərcləri ödəmədiyi və potensial sahibkarların bu sahəyə investisiya yatırmasına və keyfiyyətli xidmətin göstərilməsinə çətinliklər yaratdığı qeyd edilir.
Bu sahədə effektiv idarəetmənin təmin olunması üçün Tarif Şurasının qərarı ilə tibbi tullantılar üzrə tarif də digər təhlükəli tullantılar üzrə tarifə uyğunlaşdırılaraq, 80 manat/kubmetr səviyyəsində müəyyənləşdirilib.
Qeyd edək ki, qərar 17 yanvar 2022-ci il tarixindən qüvvəyə minir.