Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarında avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq əlavə ödəniləcək.
Eləcə də bax: Həkimlərin əmək haqlarının - Ödənilməsi Qaydası Dəyişiləcək
FED.az xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.
1-ci sinif avtomobil sürücülərinə tarif (vəzifə) maaşının 25 faizi, 2-ci sinfə isə tarif (vəzifə) maaşının 10 faizi miqdarında əlavə ödəniləcək.
Qeyd edək ki, avtomobil sürücülərinə ixtisas siniflərinin verilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 mart 2015-ci il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nın tələbləri rəhbər tutulacaq.