Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ləğv olunduğunu elan edib.
FED.az xəbər verir ki, bu barədə elan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə dərc olunub.
Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, 14D ünvanına bildirə bilərlər.