Azərbaycanda sərt karantin rejminin daha iki həftə uzadılması nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, prezidentin köməkçisi Şahmar Mövsümov AzTV-də çıxışı zamanı bildirib. Koronavirusun yayılması vəziyyəti və onun qarşısının alınması ilə bağlı tədbirlər barədə danışan Ş.Mövsümov bildirib ki, ölkədəki xəstəxanaların koronavirus xəstələrinə ayrılması və yeni modul xəstəxanaların qurulması bu sahədə baş verə biləcək ağır problemlərin qarşısını alıb.
Onun sözlərinə görə, koronavirusa böyük sayda yoxulma xəstəxanalarda xəstələrə qulluq problemini qabardır: «Dünyanın heç bir səhiyyə sistemi bu saydaxəstələri qəbul etməyə hazır deyil».
Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın da xəstəxanalarda xəstə sayı və boş yerlərlə bağlı «uçuruma yaxın» olduğu günlər olub: «Həmin günlər xəstəxanalarda barmaqla sayılacaq qədər boş yerlər vardı».
Ş.Mövsümov bildirib ki, dövlət tərəfindən görülən oterativ təddbirlər, o cümlədən, yeni modul xəstəxanalarının qurulması Azərbaycanda baş verə biləcək fəlakətin qarşısını alıb: «Bu yaxınlarda 800 çarpayılıq Zığ xəstəxanası açılmasaydı Azərbaycan çox katastrofik vəziyyətdə olardı. Biz necə deyərlər, uçurumun kənarına gəlib, ona baxıb qayıtdıq».
Prezidentin köməkçisi bildirib ki, xəstəxanalarda sağalanlarla yanaşı, yoluxmaların kəskin artması hökumiəti sərt tədbirlər görməyə vadar edib. Nəticədə hökumət karantin rejiminin daha 2 həftə uzadılmasını qərara alıb. «Son günlər sağalanların sayı yoluxanları keçib. Eləcə də, gündəlik yoluxma sayı 500-dən aşağı düşüb. Ümid edirik, bu azalma davam edəcək.
Amma Operativ Qərargah yaranmış vəziyyyəti müzakirə edərək karantin rejiminin uzadılması, bu addımın qaçılma olması barədə qərar qəbul edib. Biz karantin rejimin əlavə 2 həftə 15 gün uzatmağı qərar almışıq, yəni buna məcburuq».