Bu il tibb sahəsində korrupsiya hüquqpozmaları 24,2 % azalıb.
FED.az xəbər verirki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib:
Onun sözlərinə görə, bu ilin ötən dövrü ərzində (1 yanvar-30 noyabr) 392 korrupsiya hüquqpozmaları barədə müraciət daxil olub:
"Bunlardan 26-sı təsdiqini tapıb (7%), 36 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. 2024-cü ilin anoloji dövrü üzrə 517 korrupsiya hüquqpozmaları barədə müraciət daxil olub, bunlardan 23-ü təsdiqini tapıb (4%), 33 əməkdaş intizam məsuliyyətinə cəlb edilib". (Report)










