Bu gündən etibarən TƏBİB-in sosial şəbəkə səhifələrində yeni bir videolayihə – “Vətəndaş məmnunluğu” təqdim olunacaq.
FED.az xəbər verir ki, bu barədə TƏBİB sosial şəbəkə hesabında məlumat yayıb.
Məqsəd tibb müəssisələrinə müraciət edən vətəndaşlar arasında məmnunluq dərəcəsini öyrənməkdir.
Qurum hər bir vətəndaşın sağlamlığının təminatçısı olmağı hədəfləyir.
Bizim üçün hər bir müraciət və rəy nəzərə alınır.