“Gəncədə həkim çatışmazlığlı ilə bağlı məsələ araşdırılacaq”.
FED.az biznes xəbərləri portalı “Report”a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, bəzi insanlar evvlərində müalicə alırlar və xətəliyi gizlədirlər: “İnsanlardan xahiş edirəm ki, koronavirus olduğunu gizlətməsinlər. Hazırda vəziyyət nəzarət altındadır. Qaydalara əməl olunmasa, vəziyyət nəzarətdən çıxa bilər“.
Xatırladaq ki, Azərbaycanda bu gün daha 336 nəfərdə koronavirus aşkarlanıb.
FED.az xəbər verir ki, bunu TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, ölkədə 183 nəfər bu xəstəlikdən sağalıb, 5 nəfər isə vəfat edib.
Xartırladaq ki, iyunun 11-ə olan məlumata görə, Azərbaycanda aktiv koronavirus xəstələrinini sayı 3844 nəfər idi. Bu gün açıqlanan məlumatları da nəzərə alanda aktiov xəstələrin sayı 3997 nəfərdir