“Azərbaycanda kliniki sınağı keçiriləcək “TURKOVAC” vaksini “SinoVac” vaksini ilə demək olar, eyni tərkibdədir”.
FED.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.
O qeyd edib ki, bu vaksinin hər hansı yan təsiri müşahidə edilməyib: “Vaksinin yüksək səviyyəli və güvənli olması önəmlidir. İnsanlar buna inanaraq, ölkədə tətbiqinə öz töhfələrini verə bilərlər”. (Report)