TƏBİB rəhbəri: «Payız aylarına ciddi hazır olmalıyıq»
«Ekspertlər bizə məsləhət görür ki, payız aylarına ciddi hazvr olmalıyıq».
FED.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında TƏBİB rəhbəri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, payızda ənənəvi olaraq kəskin respirator xəstəlikləri də ortaya çıxır, hansı ki, onların da əlamətləri koronavirus yoluxmasını xatırladır.
TƏBİB rəhbəri bildirib ki, məhdudiyyətlərə və tələblərə əməl etmək lazımdır ki, virus yoluxmaları artıq yay aylarında azalsın. «Yeni yoluxmaların qarşısını almasaq, bütün çarpayı fondunu da cəlb etsək xəstəyin qarşısını ala bilməyəcəyik. Bunun üçün isə maskadan istifadə, məsafə saxlamaq kimi elementar tələblərə əməl etmək lazımdır».