Təcili tibbi yardım avtomobilləri hava şəraitinə uyğunlaşdırılıb
TƏBİB-dən FED.az-a verilən məlumata görə hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də 113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejiminə keçib.
Sürüşkən buzlu yollarda rahat hərəkət məqsədilə avtomobillərə zəncirlər paylanılıb.
Bakı şəhərindəki relyefi çətin ərazilərdə xidmət göstərmək üçün 6 ədəd sanitar avtomobil ( 2- Pajero, 2-UAZ, 2 ədəd- 4•4 Mersedes VİTO) hazır vəziyyətə gətirilib.
Eyni zamanda digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.