“Ölkəmiz müharibə vəziyyətində olduğu üçün çarpayı sayını açıqlamırıq”.
Eləcə də bax: Operativ Qərargah brifinq keçirir - CANLI YAYIM
FED.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Y.Qarayeva deyib ki, çarpayı çox olsa da, hətta orta simptomlu xəstələrin müalicəsi ən azı iki həftə çəkir: “Hər gün 400-500 aktiv xəstəmiz olarsa, biz bunu nəzərə alaraq addım atırıq. Bu, öncədən düşünülüb və çarpayı sayı ilə bağlı problem yoxdur”.
Gürcüstanda yoluxmanın az olmasına gəlincə, TƏBİB-in şöbə müdiri qeyd edib ki, hər həftə müxtəlif ölkələrlə təcrübə mübadiləsi aparılır: “Elə qayda yoxdur ki, bir ölkədə qəbul edilsin, biz tətbiq etməyək. Burada əsas vətəndaş məsuliyyətidir. Eyni zamanda əhali sıxlığı məsələsini də nəzərə almaq lazımdır. Hər ölkənin öz təcrübəsi var”. (Apa)