Koronavirusla bağlı müsbət rəqəmlər onu göstərir ki, artıq biz pik həddi keçmişik. Buna görə də karantinlə bağlı yumşalma tədbirlərinə başlamaq olar.
Eləcə də bax: “Mayın 4-dən sonra karantindən çıxış mərhələsi başlayır”
FED.az xəbər verir ki, bunu XəzərXəbər-ə açıqlamasında TƏBİB-in işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. Millət vəkili Vüqar Bayramov isə müəyyən yeniliklərin tətbiqi ilə bir sıra iş yerlərinin açılmasının mümkün olduğunu bildirib.
TƏBİB-in işçi qrupunun rəhbəri Vasif Əlilyev koronavirusla mübarizədə Azərbaycanın kritik həddi keçdiyini açıqladı.
Asif Əliyev bildirir ki, ancaq bu insanların tamamilə arxayınlaşmasına gətirib çıxarmamalıdır. Çünki, virusun ikinci dalğası ilə bağlı müəyyən ehtimallar mövcuddur. Buna görə qaydalar yumşalsa belə ehtiyyatı əldən vermək olmaz.
Millət vəkili Vüqar Bayramov bildirir ki, Avropa ölkələrində olduğu kimi bəzi fəaliyyət sahələrininfəaliyyətinə icazə verilə bilər.
Millət vəkili sadələşmiş vergi ödəyicisi olan iş yerlərinə də qoyulan qadağaların götürülə biləcəyini bildirib. Vüqar Bayramovun sözlərinə görə, bu iş yerlərinin açılması iqtisadi məşğulluqda yenidən canlanmanın yaranması baxımından vacibdir.
Mütəxəssislərin sözlərinə görə, xüsusi karantin rejimindən mərhələli çıxış üzrə bir sıra variantlar hazırlanır. Ehtimal olunur ki, fəaliyyətinə qadağa qoyulan sahələr 3 mərhələdə açıla bilər.
İlkin mərhələdə Mebel, geyim, kosmetika, mobil telefon satışı, bərbərxana, gözəllik salonu, fərdi tədris kimi bəzi sahələrin fəaliyyətinə icazə verilə bilər.
İkinci mərhələdə kafe, restoran, çay evi, bar və pabların fəaliyyətinə bərpa oluna bilər.
Üçüncü mərhələdə isə şadlıq evləri, mollar, bazarlar, əyləncə mərkəzləri, kinoteatrlar, mərasim evləri, oyun zallarının fəaliyyətinə icazələrin bərpası mümkündür.