Banner

Sağlamlıq

Tbilisidə 10 otel - BAĞLANDI

Tbilisidə 10 otel - BAĞLANDI | FED.az
17:11 11 Mart 2020

Gürcüstanın paytaxı Tbilisidə 10 otel müştərilərin olmaması səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb.

FED.az xəbər verir ki, bu barədə yerli “Commersant” nəşri yazıb.

Eləcə də bax: Tbilisidə otel rezervasiyalarının - 90%-İ LƏĞV OLUNDU

Qeyd olunub ki, otel sahibləri əməkdaşlarını ödənişsiz məzuniyyətə göndərib və vergilərin ödənilməsinin təxirə salınması imkanı ilə bağlı hökumətin qərarını gözləyirlər.

Tbilisidəki mehmanxalarda mart-aprel ayları üçün turist bronlarının 90%-ə yaxını ləğv olunub.

Gürcüstan iqtisadiyyatının aparıcı sahəsi olan turizm son dövrlər iki böyük zərbə alıb. İlk zərbə koronavirus səbəbindən Gürcüstanın Çin və İrana birbaşa uçuşları dayandırması olub. Gürcüstan ənənəvi olaraq İrandan çox sayda turistlər qəbul edir. Turizm sektoru ikinci zərbə ilə Gürcüstanda koronavirus aşkarlanandan sonra üzləşib.

Qeyd edək ki, Gürcüstan hökuməti turizm sektoru üçün böhran əleyhinə plan hazırlayır. 

Report

Digər xəbərlər

Banner