Honkonq Universitetinin alimləri koronavirusun aktiv və passiv olduğu temperaturları müəyyən ediblər.
FED.az xəbər verir ki, alimlərin qənaətinə görə, COVID-2019 virusunun yüksək sabitliyi 4 dərəcə istilikdə yaranır. Dezinfeksiya olunmasa bu istilikdə virus 2 həftə aktiv qala bilir. 70 dərəcə istilikdə isə cəmi 5 dəq yaşayır.
Eləcə də bax: Alimlərdən açıqlama: “İnsan ölsə də, koronavirus meyitdə yaşayır”
Mütəxəssislər virusun müxtəlif əşyaların üzərində yaşaya bildiyi müddəti də ölçüblər. Məlum olub ki, virus kağızın üzəorində 3 saat, paltar və emal edilmiş ağacın üzərində 2 saat, şüşədə 4 saat, plastikin üzərində isə 7 saat qala bilir.
Ən maraqlısı odur ki, mütəxəssislərin fikrincə, virus tibbi maskaların üzərində də təqribən 1 həftə qala bilər, ona görə də maskaları diqqətlə dezinfeksiya eləmək lazımdır.