Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
FED.az bu barədə AQTA-ya istinadən xəbər verir.
“Sun Food” MMC tərəfində istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, ümumi çəkisi 4.19 ton müxtəlif növ unlu qənnadı məmulatı “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.