İstehlaka yararsız müxtəlif növ süd məhsulları məhv edilib.
FED.az bu barədə AQTA-ya (Qida Təhlükəsizliyi Agentliyi ) istinadən xəbər verir.
“Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciəti əsasında ümumi çəkisi 51,3 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.