Sumqayıtda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb.
Bakıda qanunvericiliyin tələblərini pozan çörək müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
Bu barədə FED.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
AQTA əməkdaşları Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 20/29 ünvanında fəaliyyət göstərən fiziki şəxs Hüseynov Elçin Sovet oğluna məxsus “Nanə Pizza” kafesində keçirdikləri planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyini müəyyən edib.
Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, ağzı kip bağlanan tullantı qablarından istifadə olunmadığı, bəzi məhsulların markalanmasının qanunvericiliyin təlbələrinə cavab vermədiyi, temperatur rejiminə əməl olunmadığı və digər nöqsanlar aşkar olunub.
Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib.