Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 810 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 042 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 55 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 833, bu günə qədər isə ümumilikdə 6 909 386 test icra olunub.