"Soğan və sarımsaq koronavirusdan qorumur”.
Eləcə də bax: Koronavirus Azərbaycanda sarımsağı - 5 DƏFƏ BAHALAŞDIRDI
FED.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın üzvü, baş infeksionist Cəlal İsayev bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, əsasən evdə hazırlanan, vitaminli qidalara üstünlük vermək lazımdır:
"Açıq havada olub, 8 saatlıq yuxu rejiminə riayət etməliyik. Soğanla sarımsaq koronavirusdan qorumur, bu, səhv məlumatdır. İnsanlar yarımfabrikatlardan istifadə etməkdən çəkinməlidir".
Unikal