İstehlaka yararsız süd məhsulları məhv edilib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata görə, “Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 29.73 ton müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.