FED.az olaraq bu suala cavab axtarıb, məsələni dərindən araşdırdıq.
Siqaretlər
Bizim siqaret kimi qəbul etdiyimiz nəsnə, tütün sənayesində və Dünya Sağlamlıq Təşkilatının sənədlərində NÇS, yəni “nikotin çatdırılma sistemi” adlandırılır. Nikotin, dəm qazı, aseton, arsen, metan, polonium... bu, kimya dərsi deyil, siqaretin məzmunudur. Tədqiqatçıların hesablamalarına görə, siqaret dumanı müxtəlif siniflərə aid 7357 kimyəvi birləşməni ehtiva edir.
Məsələn, tütün dumanındakı dəm qazı (karbonmonoksit) qana daxil olaraq, hemoqlobinlə güclü əlaqə yaradır. Məhz buna görə də siqaret çəkənlər oksigen çatışmazlığı yaşayır və hər hansı bir fiziki hərəkət onlara çətinlik yaradır.
Bunları da xatırlamaq yerinə düşər:
- 2 qutu siqaret ölümcül nikotin dozası ehtiva edir. 2 qutu siqareti bir gündə çəkmək reanimasiyaya düşməyə razılıq vermək deməkdir.
- Hər gün bir qutu siqaret çəkmək il ərzində 500 dəfə rentgen şüası qəbul etmək deməkdir.
- Siqaret çəkdikdən 7 saniyə sonra nikotin beyinə daxil olur, qan damarlarında spazmlara səbəb olur və burada beyin toxumalarının oksigen tədarükü ciddi şəkildə pozulur.
“Yüngül” siqaretlər
“Yüngül” siqaretlər az zərərli adlandırılsa da bu, heç də belə deyil. Doğrudur, onlarda qətran və nikotinin miqdarı bir qədər az olur, amma bu, siqaretin zərərsiz olduğu anlamına gəlməməlidir. Çünki bəzi nüanslar qutunun üzərində qeyd olunmur. "Yüngül" siqaretlərdə xüsusi nitrosaminlərin çox yüksək konsentrasiyası mövcuddur. Bu da kanserogenlər adlanır və qətranın içində yox, tütünün tərkibində olur.
Bir qrup kanserogen nəzarət oluna biləndir, ikinci qrup isə nəzarətsiz qalır – bu da istehsalçılar tərəfindən əvvəlcədən hesablanır.
Bundan əlavə, siqaret çəkən şəxsin orqanizmi öz nikotin dozasını tələb edir. Əgər sizin öyrəşdiyiniz siqaretdə bu kifayət qədər deyilsə, siz daha bir siqaret çəkəcəksiniz və bir deyil iki qutu siqaret almalı olacaqsınız.
Siqarlar
Siqarın lehinə səsləndirilən əsas fikirlər ondan ibarətdir ki, “onu küçədə və hər vaxt çəkmirlər”, “o, kişi obrazına ali status qazandırır” və s.. Bəli, siqarı siqaretdən az çəkirlər. Amma reallıq ondan ibarətdir ki, bir dənə siqarda bir neçə qutu siqaretdə olan qədər tütün və zərərli maddələr mövcuddur.
Buna görə də siz zəhərin yüksək dozası arasında müstəsna hallarda və ya daha az doza arasında mütəmadi olaraq seçim edirsiniz.
Çoxsaylı yoxlamalardan sonra müəyyən edilib ki, siqar dumanı mutagenlikdə liderdir. Kanadalı toksikoloqlar bu göstəricilərə görə, siqarın siqaretdən 2,42 dəfə yüksək olduğunu təsbit edib.
“Eşmə papiros”
“Eşmə papiros” da siqaretdir və digərlərindən çox az fərqlənir. Bu siqareti özünüz hazırlayırsınız, amma bu siqareti çəkmək sizi zərər çəkməkdən azad etmir. Bu siqaretin tərkibində olan zərərli maddələrin də ardıcıllığı dəyişmir – dəm qazı(karbonmonoksit), nikotin, ammonyak və s..
Bundan əlavə, Otaqo Universitetinin (Otago University) yeni zelandiyalı alimləri iddia edirlər ki, “eşmə papiros” normal siqaretdən daha az zərərli olan bilər.
Adi siqaretlərlə “eşmə papiros”ların tərkibindəki tütün komponentlərinin müqayisəli təhlili göstərir ki, “eşmə papiros”larda müxtəlif zərərli əlavələr təxminən 0,5% həcmindədirsə, xüsusi qablaşdırılmış siqaretlərdə isə bu, 18% təşkil edir.
“Trubka”
İddia edilir ki, “trubka” çəkmək siqaret çəkmək demək deyil və “trubka” çəkərkən sadəcə tüstü qəbul edilir, bu tüstü də xüsusi bi dad ilə nəfəsi təravətləndirir. Bütün bu fikirlərə baxmayaraq “trubka” tənbəkisinin tərkibində də nikotin mövcuddur və az miqdarda olsa belə hər bir halda asılılıq yaradır.
Əlavə edək ki, “trubka” tənbəkiləri daha keyfiyyətli xammaldan hazırlanır. Bundan əlavə olaraq burada siqaretdəki kimi kağız, yapışdırıcı və bu kimi yanma zamanı zərər verə biləcək maddələr yoxdur.
Eyni zamanda insan sağlamlığı üçün zərərli olan komponentlər siqaret və “trubka”nın tərkibində eyni həcmdə yer alır. Hər bir tütün tüstüsü kanserogen ehtiva edir. Təmiz tabakdan hazırlanmız tütün məmulatını çəksək də, nəfəsimizi çəkdiyimiz tüstü hər bir halda orqanizmimiz üçün zərərli və təhlükəlidir.
Elektron siqaretlər
Elektron siqaretin əsas vəzifəsi, acı tüstüNü aromatik buxarla əvəz etməklə zərərli vərdişdən qurtarmaq idi. Siqaret çəkənlər ağır tərkibli nikotinə sahib siqaret çəkirlər və zamanla bu ağır dozanı aşağı salırlar.
Eyni zamanda, elektron siqaret aludəçilərinin qan analizləri də eynilə normal siqaret çəkənlərdəki kimi neqativ çıxır. Elektron siqaretin də tərkibində olan nikotin asılılıq yaradır və güclü nerotoksin ehtiva edir.
“Veyp”
Kaliforniya Universitetinin tədqiqatçı Stanton Glantz deyir ki, veyp adi siqaretlərdən daha az təhlükəlidir. Fikrini onunla əsaslandırır ki, elektron siqaret tüstü yox, sadəcə buxar yaradır. Bununla da elektron siqaret çəkən daha az miqdarda nikotin udmuş olur.
Əgər siz nikotinsiz elektron siqaretləri seçsəniz də, bu o demək deyil ki, orqanizminizə zərər etməyəcək.
Veypin tərkibində olan əsas komponentlər propilen, qlikol və gliserindir. Alimlər, alışma zamanı bu maddələrin parçalandıqlarını və bunun formaldehid və akrolein kimi zəhərli maddələr buraxdığını təsbit ediblər. Formaldehid sinir sisteminə mənfi təsir göstərir, akrolein isə nəfəs yolunun və gözün membranlarını qıcıqlandırır.
Veyp spirallarının isinməsi zamanı az dispersli buxar əmələ gəlir. Bu buxar rahatlıqla udula bilir və nəfəs borusunu yandırmır. Lakin həddindən artıq istiləşmə zamanı elektron siqaretin tərkibində olan zərərli maddələr ağciyərə gedib çatır. Məhz buna görə veyp də digər tütün məmulatları qədər zərərli hesab olunur.
“Qəlyan”
Qəlyan reklamlarında bildirilir ki, bu, ən zərərsiz məmulatdır. Deyilir ki, bütün zərərli hissəciklər su ilə süzülür, qəlyanın tabakı közərir, amma yanmır və tünd nikotin daxil olmaqla heç bir zərərli maddə ehtiva etmir.
Lakin, su filtrindən keçdikdən sonra qəlyan tüstüsünün tərkibində çoxlu sayda toksinlər - ağır metallar və kanserogenlər əmələ gəlir.
Asiya və Afrika alimlərinin iddialarına görə, dumanın, qəlyan içərisində soyusamasına baxmayaraq hələ də təhlükəsiz bir temperatura çatmır. Tütün alışarkən 400 ° C-yə qədər istiləşir, amma su və boru ilə bir şüşə içərisindən keçərək soyumağa vaxt tapmır. Çox isti duman axınını tənəffüs edərkən daha çox toz və zərərli maddələr qəbul etmiş oluru və ağciyərimizin mikro liflərini yandırırıq.
Amerikalı alimlər məsələ daha dərindən araşdıraraq biyokimyəvi tədqiqatlar aparıblar. Məlum olub ki, siqaret çəkənlər ilə qəlyan çəkən insanların qan təzyiqi və qan tərkibi eynilik təşkil edir. Çünki həm, həm də digər tütün məmulatlarında karbonmonoksit və nikotin törəmələrinin tərkibi və həcmi eynidir. Maraqlısı odur ki, nikotinsiz tütün məmulatlarından istifadə edənlərin tibbi təhlilləri də aparılıb və bu, nikotinli tütün çəkənlərin nəticələri ilə eynilik aşkarlanıb.