Çinin “Sinovac Biotech” şirkəti indiyədək dünya miqyasında 260 milyon doza COVID-19 peyvəndi tədarük edib.
Eləcə də bax: Peyvənd olunanların sayı - Açıqlandı
FED.az xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Yin Veidonq bildirib.
Onun sözlərinə görə, 260 milyon doza peyvəndin 60%-dən çoxu başqa ölkələrə göndərilib.
İcraçı direktor vurğulayıb ki, gün ərzində 6 milyon dozadan çox COVID-19 peyvəndi istehsal olunur. (Apa)