Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən “Sərxanın dönəri” və Xocalı prospektində fəaliyyət göstərən “Balık-ekmek” ictimai iaşə müəssisələrində monitorinq keçirib, pozuntular aşkarlayıb.
"Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir" - AQTA SƏDRİ ZƏHƏRLƏNMƏLƏRDƏN DANIŞDI
Bu barədə FED.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, monitorinq zamanı çiy dönərin emalı prosesinin qanunvericiliyin tələblərinə uyğun olmayan və antisanitar şəkildə həyata keçirildiyi, qida məhsullarının təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin olmadığı, temperatur rejiminə və mal qonşuluğu qaydalarına əməl edilmədiyi, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi, qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, ictimai iaşə müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb.