Qazaxda koronavirusla mübarizəyə cəlb olunan rayon Təcili Tibbi Yardım Stansiyasının işçiləri üçün ayrılan müvəqqəti binadakı şəraitdən şikayət edən həkim Sevda Nəsibovaya şiddətli töhmət verilib.
Eləcə də bax: "Semaşko"nun baş həkimi - İŞDƏN ÇIXARILIB
FED.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, S.Nəsibova vəzifə səlahiyyətlərini aşaraq məlum videoda yanlış məlumatlar yaydığı, əhali arasında çaşqınlıq yaratdığı və görülən işlərə kölgə saldığına görə şiddətli töhmət alıb.
Töhmət alan həkimin Azərbaycanın görkəmli aşığı, əməkdar incəsənət xadimi mərhum Aşıq Ədalətin (Ədalət Nəsibovun) gəlini olduğu bildirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda S.Nəsibova həkimlər üçün ayrılan müvəqqəti binadakı şəraitdən şikayət edib. (Report)