Bildiyiniz kimi Azərbaycanda 1 sentyabr 2021-ci il tarixindən ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunacaq. Bununla bağlı Nazirlər Kabinetinin 26 iyul tarixli qərarında deyilib.
O zaman sual ortaya çıxır ki, əgər bir şəxsə birinci doza peyvəndi vurulubsa o bu xidmət sahələrindən istifadə edə biləcəkmi?
FED.az Banker.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahdan bildirirlir ki, COVID-19 pasportu olduğu halda bu xidmət sahələrindən istifadə mümkündür. COVID-19 pasportu birinci dozanı deyil, ikincini də qəbul etmiş şəxsə verilir. Yəni, birinci doza qəbul edənlər bu ticarət və xidmət şəbəkələrinə yalnız ikinci dozanı əldə etdikdən sonra girişinə icazə verilir.
NK-nin qərarına əsasən, idman zalları iyunun 10-dən başlayıb. Həmin tarixdən yalnız 18 yaşdan yuxarı vətəndaşlar həmin gündən etibarən COVID-19 pasportunu göstərməklə zallara daxil olub məşq edə bilirlər.