Şəki rayonu, Kiş kəndində fəaliyyət göstərən “Narın Qala” istirahət mərkəzinin qidalanma sahələrində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyənləşdirilib.
Eləcə də bax: “Master Milk”in süd məhsulları müəssisəsinin - FƏALİYYƏTİ DAYANDIRILIB - FOTOLAR
FED.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə riayət olunmadığı, mətbəx sahəsində müvafiq təmizlik işlərinin aparılmadığı, vaxtlı-vaxtında dezinfeksiya işlərinin həyata keçirilmədiyi aşkar olunub. Həmçinin mənşəyi məlum olmayan, ev şəraitində konservləşdirilmiş məhsulların müştərilərə təklif edildiyi, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən olunub.
AQTA-dan bildirilir ki, aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.