Sosial şəbəkədə yayılmış məlumatın yerində araşdırılması məqsədilə Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən, fiziki şəxs İskəndərov Habil Arif oğluna məxsus “Şəki” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
21 məktəbli "Şah dönər"də hazırlanan dönərdən - ZƏHƏRLƏNİB - RƏSMİ
FED.az xəbər verir ki, baxış zamanı ictimai iaşə müəssisəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı məlum olub. Belə ki, mal qonşuluğu prinsipinə riayət edilmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı və digər nöqsanlar müəyyən olunub, həmçinin üzərində etiket məlumatları qeyd olunmayan dovğa və qatıq məhsulları aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, restoranın fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.