Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək tibb müəssisələrində icbari tibbi sığorta fəaliyyət göstərəcək.
İcbari Sığortadan vətəndaşlara şağırış: Göndəriş vərəqəsi belə işləyir - QAYDALAR
FED.az xəbər verir ki, bu barədə bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, bununla bağlı məlumat yaxın günlərdə ictimaiyyətə çatdırılacaq.
Xatırladaq ki, 2023-cü il yanvar ayının 1-dən etibarən Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək. (Trend)