Azərbaycanın Səhiyyə Nazirliyinin aparatının işçilərinin sayı artırılıb.
Eləcə də bax: Səhiyyə naziri vəzifəsinin icrası bu şəxsə tapşırıldı - SƏRƏNCAM
FED.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Səhiyyə Nazirliyinin aparatının işçilərinin say həddi bir vahid artırılaraq 88 ştat vahidi müəyyən edilib.
Bundan başqa, fərmana əsasən Səhiyyə Nazirliyində nazirin birinci müavini vəzifəsi təsis edilib. Bununla da səhiyyə nazirinin müavinlərinin sayı 5-ə çatdırılıb.