Azərbaycan Səhiyyə Nazirliyi Rusiya istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.
Eləcə də bax: Azərbaycan Rusiyadan 300 000 doza - “Sputnik V” Vaksini Alacaq
Bu barədə FED.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və “COVID-19” koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.
Məlumata görə, Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub.
Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi təmin olunacaq.