Səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın 14-də saat 11:00-da Ağdaş Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəbulda nazir tərəfindən Ağdaş, Yevlax, Goranboy rayonları və Mingəçevir şəhəri sakinlərinin səhiyyə sahəsinə dair şikayət və müraciətləri dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Ağdaş Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.