Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkədə koronavirus epidemiyasına yoluxanların sayında kəskin artımın qeydə alınması ilə əlaqədar İtaliya ərazisində olan bütün Azərbaycan vətəndaşlarına müraciət edib.
Eləcə də bax: Azərbaycanda daha iki nəfərdə - VİRUS TAPILDI
FED.az xəbər verir ki, səfirliyin müraciətində qeyd olunub:
“İtaliya Respublikası ərazisindəki Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!
İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar olaraq, İtaliyadan Azərbaycana qayıtmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarından təcili olaraq Səfirliyin elektron poçt ünvanlarına ([email protected]; [email protected]) aşağıdakı məlumatları təqdim etmələri xahiş olunur:
1. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;
2. Viza və ya İtaliyada yaşama icazəsini təsdiq edən sənədin surəti;
3. Əlaqə məlumatları (telefon, e-mail və yaşadığı ünvan).
Nəzərinizə çatdırırıq ki, Azərbaycana qayıdacaq şəxslər iki həftə müddətinə karantin rejimində saxlanılacaq və onlardan karantin rejiminin tələblərinə riayət etmələri tələb olunacaqdır”.