"Ticarət mərkəzlərinin açılması ilə bağlı bir sıra məqamlar Operativ Qərargahı narahat edir".
Eləcə də bax: Rayonlara gediş-gəlişin bərpası ilə bağlı - AÇIQLAMA
FED.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:
"Qaydalara ciddi əməl olunmalıdır. "Sədərək" ticarət mərkəzindəki vəziyyət də bizi narahat edir. Açıq havada idman yarışları ilə bağlı qaydalar hazırlanıb, təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq. Burada geyinib-soyunma yerləri bizi narahat edir. Qapalı idman zallarının açılması gözlənilmir".