“Heç kəsdə vaksinə görə hər hansı bir xəstəlik əmələ gəlməyib”.
FED.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, peyvəndləmə prosesinə elmi əsaslara söykənərək başlanılıb:
“Ölənlərin 99 faizi vaksin olmayan insanlardır. Vaksinin effektiv olması heç kəsdə şübhə doğurmamalıdır”.