Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə görüşü keçirilib.
Eləcə də bax: "Quş əti və yumurta idxalının kvotalaşdırılmasını xahiş edirik"
FED.az AQTA-ya istinadən xəbər verir ki, görüşdə sahibkarlar tərəfindən quşçuluq sektorunda yoluxucu xəstəliklərə qarşı peyvəndləmə sxemlərinin effektivliyinin artırılması, ölkəyə damazlıq quşların idxalına nəzarətin gücləndirilməsinin vacib olduğu barədə fikirlər irəli sürülüb